Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, yolu qarşı tərəfə keçmək istəyən 13-14 yaşlı Allahverdiyev Amin Ceyhun oğlunu avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb və ona tibbi yardım göstərilib. Yaralının hazırda yaxınları tərəfindən Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılması planlaşdırılır.
Yaşı dəqiq qeydə almadıqları üçün təxmini 13-14 yaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Yevlaxda təkəri partlayan avtomobil aşaraq piyadanı vurub.