Modern.az

Bakıda sərnişin avtobusu evakuatorla toqquşdu: Jurnalist xəsarət aldı

Bakıda sərnişin avtobusu evakuatorla toqquşdu: Jurnalist xəsarət aldı

Aktual

1 Noyabr 2018, 00:13

Bakıda marşrut avrobusu qəzaya uğrayıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyası yaxınlığında, Səməd Vurğun bağının qarşısında baş verib.

 

Axşam saatlarında 32 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu eyni istiqamətdə hərəkətdə olan evakuatorla toqquşub.

 

Hadisə nəticəsində marşrut avtobusunda olan sərninlərdən bir neçəsi xəsarətlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında "Xəzər" televiziyasının əməkdaşı Zakirə Zakirqızı da var.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi