Modern.az

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq dərinləşib

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq dərinləşib

Aktual

1 Noyabr 2018, 00:41

Son illər Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətləri daha da dərinləşib. Hər iki tərəf strateji tərəfdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ilə Gürcüstanın xarici işlər nazirinin yeni təyin olunmuş müavini Laşa Darsalia arasında keçirilmiş görüşdə səslənib.

 

Görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

 

Söhbət zamanı, həmçinin, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi