Modern.az

“Arsenal” klubundan Azərbaycana jest - FOTO  

“Arsenal” klubundan Azərbaycana jest - FOTO  

Aktual

1 Noyabr 2018, 12:07

İngiltərənin “Arsenal” klubu “Blackpool” ilə qarşılaşma zamanı “Emirates”də stadionunda Azərbaycanda fəaliyyət göstərən rəsmi fan klubunun embleminin üzərində Azərbaycan bayrağı olan afişanı yerləşdirib.

Bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.

Xatırladaq ki, ölkəmizdə “Arsenal”ın rəsmi fan klubu 2016-cı ildən fəaliyyətə başlayıb. Klub fan klubun fəaliyyətini yaxından izləyir. Sıx əməkdaşlıq qurmaqda maraqlıdır.

Oktyabrın 4-də “Qarabağ”-“Arsenal” oyun öncəsi klubun televiziyası “AFTV MEDİA” fan klubun üzvlərindən geniş reportaj hazırlayaraq, ingilis izləyəcilərinə təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi