Modern.az

Prezident bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı sərəncam imzaladı

Prezident bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı sərəncam imzaladı

1 Noyabr 2018, 18:23

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

 

Modern.az-ın məlumatına görə, sərəncamla “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” təsdiq edilib.

Bu sərəncamla təsdiq edilmiş Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan İqtisadiyyat Nazirliyi müəyyən edilib.

İqtisadiyyat Nazirliyi Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi