Modern.az

"Brexit"lə bağlı kampaniyanın sponsoru barəsində istintaq başlanılıb

"Brexit"lə bağlı kampaniyanın sponsoru barəsində istintaq başlanılıb

1 Noyabr 2018, 19:03

Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyi "Brexit"lə bağlı kampaniyanın əsas sponsoru olan iş adamı Aaron Banks barəsində araşdırmalara başlayıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, istintaq seçki hüququ sahəsində ehtimal olunan qanun pozuntuları və bəzi əlaqədar pozuntularla bağlıdır.

Araşdırmalar həmçinin A.Banksın dəstəklədiyi “Better for the Country” (ölkə üçün ən yaxşısı) və “Campaign group Leave.EU” ("Brexit") kampaniyaları barəsində aparılır. 

İstintaq çərçivəsində A.Banks və ona məxsus sığorta şirkətləri tərəfindən sözügedən tədbirlərə müvafiq olaraq 2milyon və 6 milyon funt-sterlinq maliyyə ayırmalarına dair ehtimallara aydınlıq gətirmək nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi