Modern.az

Polis vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxsləri tutdu

Polis vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxsləri tutdu

1 Noyabr 2018, 19:32

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri olan 6 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Qanbayev saxlanılıb.

 

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini S.Rəcəbovun 9700 manat pulunu aldadaraq almaqda şübhəli bilinən paytaxt sakini Həmid Abdinov saxlanılıb. Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi