Modern.az

“Sony” üç ayda 1,6 milyon smartfon satıb

“Sony” üç ayda 1,6 milyon smartfon satıb

1 Noyabr 2018, 20:27

Smartfon sənayesində qabaqda gələn adlardan biri olan “Sony” bu rübdə nə qədər telefon satdığını açıqlayıb. Modern.az xəbər verir ki, “Sony” şirkəti sentyabrın 30-da başa çatan üçüncü rübün maliyyə hesabatını açıqlayıb.

 

Bir əvvəlki rübdə 2 milyon telefon satan Yapon texnologiya nəhəngi iyul-sentyabr aylarında yalnız 1,6 milyon smartfon satıb. Ötən ilin üçüncü rübündə “Sony” smartfon bölməsində 3 milyondan çox satış edib. Bu il isə satışların yarı azaldığını görürük.

 

Qeyd edək ki, “iPhone XR” yalnız 3 gündə 9 milyondan çox satılır, bütün “Sony” modellər isə 3 ayda 1,6 milyon satış edir. Görünür ki, “Sony” telefon sektorundan yavaş-yavaş silinməkdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi