Modern.az

Rusiyaya yük aparan maşın Şabranda körpüdən aşdı - VİDEO

Rusiyaya yük aparan maşın Şabranda körpüdən aşdı - VİDEO

1 Noyabr 2018, 23:38

Bu gün səhər saatlarında Şabran ərazisində "Mersedes” markalı yük avtomobili körpüdən aşaraq şəhər sakinin həyətinə düşüb. Modern.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobili yolunun 123-cü kilometrliyində baş verib. Şabran şəhəri ərazisindəki körpüdə baş verən qəza zamanı yük maşının sürücüsü yüngül xəsarətlər alıb.

 

Avtomobilin düşdüyü həyətdə isə hadisə baş verən zaman heç kim olmadığından xəsarət alan olmayıb.

 

Qəza nəticəsində Azərbaycandan Rusiyaya naringi daşıyan yük avtomobilinə ciddi ziyan dəyib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi