Modern.az

“WhatsApp”dan istifadəçilərə xoş olmayan yenilik

“WhatsApp”dan istifadəçilərə xoş olmayan yenilik

2 Noyabr 2018, 00:59

Cari ilin sentyabrında “WhatsApp”ın həmtəsisçisi Brayan Akton məlumat vermişdi ki, “Facebook”un baş direktoru Mark Zukerberq bu platformadan pul əldə etmək istəyir. Modern.az xəbər verir ki, indi isə “WhatsApp”ın vitse-prezidenti Kris Deniels yaxın vaxtlarda messencerdə reklam elanlarının göstəriləcəyi xəbərini təsdiq edib.

 

Reklam elanları “WhatsApp” statusunda göstəriləcək. Bu yaxınlarda dərc edilmiş maliyyə hesabatına əsasən, gün ərzində 450 milyondan çox aktiv istifadəçi statusları izləyir. Yaxın vaxtlarda messencerin “iOS” versiyası, daha sonra isə “Android” versiyadan istifadə edənlərə reklam göstəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi