Bakıda taxta sexi yanıb.
FHN-dən Modern.az-a verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin (taxta sexi kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, yaxınlıqda yığılmış taxta materialları və taxta yonqarı 150 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.