2 noyabrda Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Braziliya Federativ Respublikası və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirlərini qəbul edib.
Braziliyanın ölkəmizdəki səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə keçirilmiş görüşdə Azərbaycan və Braziliya arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Sonda səfir Santyaqo Luis Bento Fernandes Alkasar qəbula görə minnətdarlığını bildirib.
Daha sonra nazir Əbülfəs Qarayev Misirin ölkəmizdəki səfiri Adel İbrahimi qəbul edib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, hər iki ölkədə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak məsələləri müzakirə edilib.
Səfir Adel İbrahim 25-26 oktyabr 2018-ci il tarixində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.