Modern.az

Şamaxıdakı ağır qəzada iki nəfər öldü

Şamaxıdakı ağır qəzada iki nəfər öldü

Aktual

2 Noyabr 2018, 21:47

Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumata verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən rayonun Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi