Modern.az

Şəkidə sərxoş şəxs su arxına yıxılaraq boğulub

Şəkidə sərxoş şəxs su arxına yıxılaraq boğulub

Aktual

3 Noyabr 2018, 16:48

Şəkidə su arxından meyit tapılıb. Modern.az-ın məlumatına görə, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.

 

Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Hacımollayev Telman Nurəli oğlunun meyiti həmin küçədəki su arxından aşkar edilib.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunun apardığı araşdırma zamanı məlum olub ki, T.Hacımollayev noyabrın 1-də gecə saat 22 radələrində evində spirtli içki qəbul edərək evdən çıxıb və həmin küçədə su arxına yıxılaraq boğulub ölüb.

Faktla bağlı araşdırmalar davam edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi