“Apple” 2018-ci ilin üçüncü rüb hesabatlarını açıqlayıb. Modern.az xəbər verir ki, hesabata görə, 2018-ci ilin üçüncü rübündə “Apple” 46.889 milyon "iPhone" sataraq 37.185 milyard dollar, 9.699 milyon "iPad" sataraq 4.089 milyard dollar, 5.299 milyon "Mac" sataraq 7.411 milyard dollar gəlir əldə edib.
“Apple”ın gəlirləri yalnız bu məhsullarla bitmir. Şirkət digər “Apple” xidmətlərindən 9,981 milyard dollar və başqa məhsullarından 4.234 milyard dollar qazanıb. Toplam 62.900 milyard dollar əldə edən firma 2018-ci ilin ikinci rübündə 53.265 milyard dollar gəlir əldə etmişdi.