Modern.az

“Vivo” yeni modelini təqdim edib

“Vivo” yeni modelini təqdim edib

Aktual

3 Noyabr 2018, 21:28

“Vivo” rəsmi olaraq “Y93”ü təqdim edib. Modern.az xəbər verir ki, Çinin öndə gədən telefon istehsalçısı olan “vivo” orta səviyyəli telefonlar sırasına bir telefon da əlavə etdi. Bu gün təqdim olunan “vivo”nun yeni orta səviyyəli telefonu 19: 9 nisbətində 6.2 düymlük LCD ekrana malikdir. 4 Gb RAM və 64 Gb daxili yaddaşa malik olan telefonun batareya tutumu 4030 mAh-dir. Telefonda 13+2 meqapikselli iki arxa kamera və 8 meqapikselli selfie kamerası var. Selfie kamera üzərində üz tanıma telefonun kilidini açmaq üçün də istifadə olunur. Telefonun barmaq izi oxucusu yoxdur. Android 8.1 Oreo əməliyyat sistemli telefonun qiyməti 215 dollardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi