Modern.az

Qərbi Kaspi Universitetinin əməkdaşı Çexiyada təltif edildi

Qərbi Kaspi Universitetinin əməkdaşı Çexiyada təltif edildi

5 Noyabr 2018, 12:38

Qərbi Kaspi Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Asim Əliyev "Erasmus+” proqramı ilə bağlı Çexiyanın Mendel Universitetində keçirilən beynəlxalq tədbirlər həftəsində iştirak edib.

Modern.az xəbər verir ki, universitetin əməkdaşı burada beynəlxalq əlaqələr, tələbə və müəllim mübadiləsi, “Erasmus+” proqramı ilə bağlı təlim və seminarlara qatılıb.

A.Əliyev beynəlxalq həftədə fəal iştirakına görə sertifikatla təltif edilib.

Qeyd edək ki, Qərbi Kaspi Universiteti "Erasmus+” proqramının fəal iştirakçısıdır, proqram çərçivəsində universitet Avropanın bir çox universitetləri ilə tələbə və müəllim mübadiləsi həyata keçirir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi