Modern.az

Tovuzda qatar orta yaşlı kişini vurdu - VİDEO +18

Tovuzda qatar orta yaşlı kişini vurdu - VİDEO +18

Aktual

5 Noyabr 2018, 20:29

Tovuz rayonunda orta yaşlı kişini qatar vuraraq öldürüb. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişi hərəkətdə olan qatarın altında qalaraq ölüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi