Modern.az

Sumqayıtda piyadanı avtomobil vuraraq öldürüb

Sumqayıtda piyadanı avtomobil vuraraq öldürüb

Aktual

5 Noyabr 2018, 22:38

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində, H.Zeynalabdin qəsəbəsi ərazisində, 1987-ci il təvəllüdlü Ağayev Elvin Məmmədrza oğlunu maşın vurub. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

 

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib. Sürücü isə məsuliyyətə cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi