İtaliyada girov götürülən qadınlar azad edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qadınlar İtaliyanın Pyeve-Modolena şəhərində yerləşən poçt şöbəsində Françesko Amato adlı şəxs tərəfindən girov götürülüb. 7 saat ərzində girov saxlanılan 4 qadın heç biri xəsarət almadan azad olunub.
Uzun danışıqlardan sonra təslim olmağa razı olan Françesko Amato dərhal həbs edilib və ərazidən uzaqlaşdırılıb.
Françesko Amatonun hansı səbəbdən bu addımı atdığı araşdırılır.