Modern.az

Hesablama Palatasının sədrindən gələn ilin dövlət büdcəsi ilə bağlı PROQNOZ  

Hesablama Palatasının sədrindən gələn ilin dövlət büdcəsi ilə bağlı PROQNOZ   

6 Noyabr 2018, 09:56

Hesablama Palatası növbəti ilin dövlət büdcəsinin kəsirlə deyil, profisitlə icra olunacağını ehtimal edir.
 

Modern.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələrdə qeyd edib ki, növbəti ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln.  manat məbləğində müəyyən olunub.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri ilə bağlı Hesablama Palatasının sədri vurğulayıb ki, 2019-cu ildə xarici kreditlər üzrə nəzərdə tutulan 1695,7 mln. manat əvvəlki illərdən fərqli olaraq icmal büdcə xərclərinin tərkibində ayrıca komponent kimi deyil, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin tərkibinə daxil edilərək  proqnozlaşdırılıb.


Eyni zamanda carı şərtlər daxilində 2019-cu ildə dövlət büdcəsinin yalnız 1,0% az icra edilməsinin növbəti ildə dövlət büdcəsinin kəsirlə deyil, profisitlə icra olmasına səbəb olacağını qeyd etmək imknı verir. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi