Modern.az

Tarixçi alim: “DTX-nın yaydığı sənədlər bizim üçün çox maraqlıdır”

Tarixçi alim: “DTX-nın yaydığı sənədlər bizim üçün çox maraqlıdır”

Aktual

6 Noyabr 2018, 10:35

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir müddət əvvəl erməni-daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv sənədlərini yayıb.

Məxfiliyi götürülən həmin sənədlər düşmənin iç üzünü ortaya qoydu. Arxiv materiallarında qeyd olunur ki, 1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə, ərazilərimizin zorla qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi.


Maraqlıdır, Dövlət Təhlükəsizlik Xidmətinin arxiv sənədləri tarixçilərimiz tərəfindən araşdırılırmı?

AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov Modern.az-a açıqlamasında deyib ki,  məsələ  çoxdan araşdırılır:

“Diqqət çəkən məqam odur ki, sənədlər artıq çap olunur və ictimaiyyətin bundan xəbəri var. Təbii ki, bu məsələ ilə dövlət müstəqilliyimiz bərpa olunandan araşdırmalara başladıq. Hətta erməni terrorizmi ilə bağlı elmi işlər də müdafiə olunub, monoqrafiyalar da hazırlanıb. Müxtəlif illərdə onların fəaliyyətini əks etdirən sənədlər çap olunub və bu iş indi də davam edir. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı həmin sənədlər bizim üçün çox maraqlıdır. Müsbət cəhətdir”.

Cəbi Bəhramovun sözlərinə görə, Tarix İnstitutunun əməkdaşları 30 ilə yaxındır tədqiqat işləri aparırlar:

“Erməni terror təşkilatlarının bütün qolları ilə bağlı bizdə olan məlumatlar mütəmadi olaraq nəşr olunur. Azərbaycanın son 30 ildə başına gətirilən bütün faciələrin aparıcı qüvvələrindən biri və birincisi erməni terror təşkilatlarıdır.  Bu təşkilatların üzvləri təkcə Amerikada, Rusiyada, Fransada deyil, bütün Avropa ölkələrində məskunlaşan insanların içində var. Monte Melkonyan Amerika vətəndaşı idi. O, Azərbaycan torpağında döyüşçülərimiz tərəfindən məhv edilib. 1976-cı ildə Moskva qatarında törədilən terroru da erməni törətmişdi. 26 nəfər dünyasını dəyişmişdi. 1988-ci ildən 1993-cü ilə qədər bilavasitə Azərbaycan Dəmir Yolunda erməni quldurlarının və Daşnaksütun partiyası üzvlərinin törətdiyi məqamlarla bağlı məlumatımız var. Bir vətəndaş, bir tarixçi olaraq Dövlət Təhlükəsizlik Xidmətinə və onun rəhbərliyinə təşəkkür edirəm. AMEA-nın Tarix İnstitutunun bütün kollektivi reallığın ictimaiyyətə çatdırılmasına xüsusi diqqət verir”. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi