Modern.az

YAP Gəncədə tələbələrlə görüşüb - FOTO

YAP Gəncədə tələbələrlə görüşüb - FOTO

6 Noyabr 2018, 17:29

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı şəhərdəki Dövlət Universitetində tədbir keçirib.

 

Gəncə YAP-dan Modern.az-a verilən məlumata görə, tədbirdə partiya şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev, Gəncə Dövlət Univetsitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, deputat Pərvin Kərimzadə, partiyanın ərazi ilk təşkilatının sədri Cavid Bağırzadə, universitetin müəllim və tələbə heyəti iştirak edib.


Cavid Bağırzadə YAP-ın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu qeyd edib. Bildirib ki, tələbələrin könüllü olaraq üzvlük üçün universitetin ərazi ilk partiya təşkilatına müraciət etməsi partiyanın Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirməsindən xəbər verir. Deputat Naqif Həmzəyev prezident İlham Əliyev tərəfindən Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşına Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Fəxri adların verilməsi, bir qrup əməkdaşın isə “Tərəqqi” medalı ilə təltif edilməsi münasibəti ilə ali təhsil müəssisəsinin professor-müəllim heyətini təbrik edib. Deputat qərb bölgəsində fəaliyyət göstərən ən böyük ali təhsil müəssisəsinə Prezident cənab İlham Əliyev tərəfindən verilən yüksək dəyərin Gəncə sakinləri tərəfindən minnətdarlıqla qarşılandığını bildirib. N. Həmzəyev ötən illər ərzində təşkilatın gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışıb, xüsusən gənclərin ictimai-siyasi cəhətdən daim fəal olduqlarını söyləyib, onlara uğurlar arzulayıb. Deputat Pərvin Kərimzadə Azərbaycanın ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayan, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirən Azərbaycan qadınlarına dövlət tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışıb: “Bu gün cəmiyyətimizdə hörmət, izzət sahibi qadınlara Azərbaycan dövləti və xalqı, eləcə də, qadın siyasətinin inkişafında tarixi xidmətləri ilə tarix yazan Mehriban xanım Əliyeva örnək və nümunədir”. Tələbələrdən Sabir Əbdürrəhmanov, Leyla Məmmədova, Hicran Əliyeva, Turanə Səfərova və başqaları çıxış edərək gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olduğunu qeyd ediblər. Tədbirdə ərazi ilk partiya təşkilatı Qadınlar Şurasının sədri, İdarə Heyətinin yeni tərkibi, Gənclər Birliyinin sədri, İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransına nümayəndələr seçilib. Sonda partiya sıralarına yeni daxil olan tələbələrə üzvlük vəsiqələri təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi