ABŞ Karayılan adı ilə tanınan terrorist üçün 5, Bayık adı ilə tanınan terrorist üçün 4, Kalkan adı ilə tanınan terrorist üçünsə 3 milyon dollar mükafat qoyub. Modern.az xəbər verir ki, ABŞ terror təşkilatı olan PKK-nın üç üst səviyyə rəhbəri üçün mükafat qoyduğunu bildirib.
ABŞ-ın "Ədalət üçün mükafat" proqramı çərçivəsində terrorist Murat Karayılan üçün 5 milyon, Cəmil Bayık üçün 4 milyon və Duran Kalkan üçün 3 milyon ABŞ dolları məbləğində mükafat qoyulub.