“Azərbaycan Banklar Assosiasiyası”nda (ABA) banklar, IT və kibertəhlükəsizlik üzrə aktual problemlər müzakirə edilib. Assisiasiyadan Modern.az-a verilən məlumata görə, “Azərbaycan Banklar Assosiasiyası”nın “IT və IT təhlükəsizliyi üzrə” ekspert qrupunun növbəti iclası keçirilib. İclasda banklar, IT və kibertəhlükəsizlik üzrə aktual problemlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.
İclasın nəticəsi olaraq ABA tərəfindən - bank rəhbərləri ilə görüşlərdə informasiya təhlükəsizliyi məsələlərinə diqqətin artırılması, ABA risk komitəsi ilə IT komitəsi arasında “dəyirmi masa”nın keçirilməsi, növbəti görüşlərin birində bankın (ABB) yeni təhlükəsizlik tətbiqlərinin təqdimatının təşkil olunması kimi məsələlərin yerinə yetirilməsi qərara alınıb.