Modern.az

Dünyanın ən böyük media və əyləncə şirkəti ...

Dünyanın ən böyük media və əyləncə şirkəti ...

Aktual

6 Noyabr 2018, 23:47

Avropa İttifaqı Komissiyası dünyanın ən böyük media və əyləncə şirkətlərindən olan “Disney”in 71.3 milyard dollarlıq "21st Century Fox"u almaq üçün  təklifini şərtlər əsasında təsdiqləyib.

Modern.az xəbər verir ki, komissiyadan verilən açıqlamaya görə, “Disney” Avropa İttifaqının təsdiqini almaq üçün Avropadakı “History”, “H2”, “Crime & Investigation”, “Blaze ve Lifetime” kimi kanalları əldən çıxarmağı qərara alıb.

 

Disneyin təsdiqlənən 71,3 milyon dollarlıq alışı çərçivəsində “21st  Century Fox”un film studiyalarının, “X-Men”, “Avatar”, “Simpsons” və “National Geographic” kimi məhsulların yayım haqlarına sahib olacaq. Həmçinin, “21st  Century Fox”un onlayn televiziya şəbəkələri “Hulu” və “Sky”dakı hissələri “Disneyin” nəzarətinə keçəcək.

Qeyd edək ki, 2017-ci ilin dekabrında “Disney” “21-ci Əsrin Fox”unu almaq üçün 52,4 milyard dollar təklif edib və  Kabel televiziyası ”Comcast” şirkəti ilə rəqabət nəticəsində təklif 71,3 milyard dollaradək  qalxıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi