Modern.az

Respublikaçılar Senatda, demokratlar Nümayəndələr Palatasında üstünlük qazandı

Respublikaçılar Senatda, demokratlar Nümayəndələr Palatasında üstünlük qazandı

7 Noyabr 2018, 10:35

ABŞ-da noyabrın 6-da keçirilən aralıq seçkilərin ilkin nəticələri açıqlanıb.

Modern.az Amerika KİV-nə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın da təmsil olunduğu hakim Respublikaçılar Partiyası Senat seçkilərində qalib gəlib.

Demokratlar Partiyasının namizədləri isə Nümayəndələr Palatasına seçkilərdə daha çox səs toplayıblar.

 

Belə ki, respbulikaçılar Konqressin Yuxarı Palatasında (Senat) 50 yer, demokratlar isə 41 yer qazanıb. Konqressin Aşağı Palatasına (Nümayəndələr Palatası) keçirilən seçkilərdə isə Respublikaçılar Partiyası 197 yerə, Demokratlar Partiyası isə 238 mandata sahib olub.

 

ABŞ prezidenti Donald Tramp aralıq seçkilərin ilkin nəticələrini şərh edib.

Onun sözlərinə görə, seçkinin nəticələri uğurlu olub.

"Bu axşam möhtəşəm uğur qazandıq. Hamınıza təşəkkür edirəm!" Tramp "Twitter" səhifəsində belə yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi