Modern.az

Bakıda ev yandı - Meyit tapıldı  

Bakıda ev yandı - Meyit tapıldı   

8 Noyabr 2018, 09:09

Bakıda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 kv.m sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR