Modern.az

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər

9 Noyabr 2018, 13:57

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

 

Modern.az məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub.

 

M.Çavuşoğlu Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzaladıqlarını deyib.

 

Xatırladaq ki, M.Çavuşoğlu Türkmənistanda ikigünlük səfərdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə