Modern.az

"EXPO 2025"in keçiriləcəyi yer 13 gündən sonra məlum olacaq

"EXPO 2025"in keçiriləcəyi yer 13 gündən sonra məlum olacaq

10 Noyabr 2018, 12:58

"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhərin seçilməsi barədə yekun qərar noyabrın 23-ü Parisdə Beynəlxalq Sərgi Bürosunun (BIE) 164-cü Baş Assambleyasında qəbul olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə Bürodan deyiblər.

 

Qeyd olunub ki, Baş Assambleyaya qədər BIE nümayəndələrinin namizəd şəhərlərə səfərləri planlaşdırılmır:

 

“Oktyabrın əvvəlində hər namizəd Parisdə tematik seminarlar keçirib. Azərbaycan tərəfinin seminarı oktyabrın 4-ü, Yaponiyanın oktyabrın 9-u, Rusiyanın seminarı isə oktyabrın 25-i keçirilib”.

 

Qeyd edək ki, "EXPO 2025" sərgisinin keçirilməsi üçün namizədlər Bakı, Osaka və Yekaterinburq şəhərləridir.

Azərbaycan 18 il ərzində 6 "EXPO" sərgisində öz pavilyonları ilə təmsil olunub və 3 mükafat qazanıb.

 

Bakının namizədliyi seçiləcəyi təqdirdə sərgi 2025-ci il mayın 10-dan noyabrın 10-dək keçiriləcək və altı ay davam edəcək.

 

Növbəti "EXPO" sərgisi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə