Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya noyabrın 12-də tarixində Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin və Mehdiabad qəsəbəsi icra nümayəndəliyinin qarşılarında saat 11:00-dan 13:00-dək, Zığ qəsəbəsində icra nümayəndəliyinin, Qalada isə Qala bələdiyəsinin qarşılarında saat 13:00-dan 15:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.