Modern.az

“Zirə”nin qapıçısı ciddi xəsarət alıb

“Zirə”nin qapıçısı ciddi xəsarət alıb

10 Noyabr 2018, 21:57

"Zirə" klubunun qapıçısı Anar Nəzirov ciddi xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə matçın 70-ci dəqiqəsində rəqibin futbolçusu Mirabdulla Abbasovla toqquşub.

 

Hadisədən sonra qolkiperin dili qatlanıb. Anar Nəzirov həkimlərin müdaxiləsindən sonra özünə gəlib. O, xərəklə meydanı tərk edib. Qapıçının yerinə meydana Kamal Bayramov daxil olub. Hər iki klubun azarkeşləri A.Nəzirovu alqışlayıblar. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə