Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
Modern.az “Report”a istinadən xəbər verir ki, bunlar 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.
Hadisə Ş.Qəmbərovun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.