Modern.az

İki dəmir yolu işçisi yanıq xəsarətləri alıb

İki dəmir yolu işçisi yanıq xəsarətləri alıb

11 Noyabr 2018, 12:29

 Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb.

 

Xəsarət alanlar Suraxanı rayon sakinləri - 1992-ci il təvəllüdlü İbrahim Tacəddin oğlu və 1995-ci il təvəllüdlü Tərlan Məstanovdur.

 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

Bundan əvvəl “Azərişıq” ASC-nin sürücüsünü elektrik cərəyanı vuraraq öldürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə