Modern.az

Daha bir əfsanəvi futbolçu karyerasını bitirdi

Daha bir əfsanəvi futbolçu karyerasını bitirdi

Aktual

11 Noyabr 2018, 17:26

Rusiya milli komandasının sabiq kapitanı Andrey Arşavin karyerasını bitirib.

 

Modern.az  xəbər verir ki, o, Qazaxıstanın "Kayrat"ın komandasının heyətində vida oyununu keçirib.

 

37 yaşlı hücumçu Karaqanda "Şaxtyor"u ilə XXXIII tur matçının 50-ci dəqiqəsində meydana daxil olub. Arşavinin klubla müqaviləsi yekunlaşıb və o, başqa kluba keçməyəcəyini açıqlayıb.

 

Andrey Arşavin 2016-cı ildən "Kayrat"ın formasını geyib. Təcrübəli hücumçu 100-dən çox oyunda 30 qol və 37 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində isə həm də “Zenit Sankt-Peterburq” və “Arsenal” komandalarının şərəfini qoruyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə