Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Qarabağ" futbol klubu "Qəbələ" komandası ilə qarşılaşıb. Modern.az xəbər verir ki, oyunda hesabı 33-cü dəqiqədə "Qəbələ"nin oyunçusu Ceyms Adeniyi açıb. 47-ci dəqiqədə İnosent Emeqara hesaba tarazlıq gətirib.
Oyunun ikinci hissəsinin 47-ci dəqiqəsində Miçel, 69-cu dəqiqəsində isə Filip Ozobiç fərqləniblər. Beləliklə, oyun 1:3 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.
Qeyd edək ki, Qəbələdə keçirilən oyun "Qəbələ"nin 1:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.
11 turdan sonra "Qarabağ" 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, "Qəbələ" isə 12 xalla 5-cidir.