Modern.az

Ordumuzda komanda-qərargah hərb oyunları başlayıb - VİDEO

Ordumuzda komanda-qərargah hərb oyunları başlayıb - VİDEO

12 Noyabr 2018, 13:16

Azərbaycan Ordusunun 2018-ci ilin hazırlıq planına əsasən noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Müdafiə Nazirliyindən Modern.az verilən məlumata görə, döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə