Modern.az

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Aktual

12 Noyabr 2018, 22:41

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

 

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə