Modern.az

Bakıdakı məktəb binasında güclü YANĞIN: 100 nəfər şagird təxliyə edildi  

Bakıdakı məktəb binasında güclü YANĞIN: 100 nəfər şagird təxliyə edildi   

Aktual

13 Noyabr 2018, 13:09

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 13-də Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə