Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb.
Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.
F.Talıbov qeyd edib ki, həmin şikayətçilər nazir Sahil Babayev tərəfindən qəbul olunub:
“Onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olundu. Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirildi”.