Modern.az

Əkin sahəsindən 4 kq heroin tapılıb

Əkin sahəsindən 4 kq heroin tapılıb

13 Noyabr 2018, 14:14

Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov Rayon Polis Şöbəsinə müraciət edərək kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kiloqram 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə