Modern.az

Turizm şirkətinin ofisini qarət etdilər

Turizm şirkətinin ofisini qarət etdilər

14 Noyabr 2018, 22:38

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.  Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə aviabilet satışı və turların təşkili ilə məşğul olan turizm şirkətinin ofisində qeydə alınıb.

 

Şirkət nümayəndəsi Lalə Ağayeva bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verdiyini bildirib.

 

Araşdırma zamanı məlum olub ki, ofisə gizli yolla daxil olan oğrular oradan iki ədəd noutbuk və bir ədəd mobil telefon götürüblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə