Modern.az

Gəncədə partlayış olan binadan 36 mənzilin sakinləri köçürüldü  

Gəncədə partlayış olan binadan 36 mənzilin sakinləri köçürüldü  

21 Noyabr 2018, 13:07

Noyabrın 20-si Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş verən partlayışda zərər görən mənzillərin sahibləri yataqxanaya köçürülüb.

 

Bu barədə Modern.az-a Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov məlumat verib.

 

H.Məmmədov deyib ki, köçürülənlər hadisə baş verən binadakı 36 mənzilin sakinləridir:

 

“Onlar dünəndən etibarən müvəqqəti olaraq internat tipli gimnaziyanın yataqxanasına yerləşdiriliblər. İcra başçısının da bildirdiyi kimi, bir neçə gün sonra onların kirayəyə çıxarılması məsləsinə baxılacaq”.

 

Qeyd edək ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb. 

1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğlu Gəncə Hərbi Hospitalına yerləşdirilib.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə