Modern.az

Nazir döyülən direktorun işini nəzaratə götürdü  

Nazir döyülən direktorun işini nəzaratə götürdü  

21 Noyabr 2018, 13:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiqi və bədən xəsarətləri yetirilməsi ölkənin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.

Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.


Onun aktyor Rza Rzayevin döydüyü bildirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə