Modern.az

Avtomobillər toqquşdu, birinin sürücüsü öldü - BABƏK PROSPEKTİNDƏ

Avtomobillər toqquşdu, birinin sürücüsü öldü - BABƏK PROSPEKTİNDƏ

21 Noyabr 2018, 13:37

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 20-də saat 20 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurub. Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə