Modern.az

Təhsil kreditləri ilə bağlı yeni mexanizm tətbiq ediləcək

Təhsil kreditləri ilə bağlı yeni mexanizm tətbiq ediləcək

21 Noyabr 2018, 15:10

“Tələbələrə təhsil kreditlərinin verilməsi barədə müzakirələr davam etdirilir”.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov tələbələrə təhsil kreditlərinin verilməsi məsələsi barədə danışarkən deyib.

O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi fəal dialoqdadır.

"Büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov kreditlərin qaytarılma mexanizminin tam aydın olmamasını səsləndirmişdi. Rəy nəzərə alınmaqla alternativ sxemlər barədə düşünürük.

Yaxın müddətdə hökumətdən yaxın həmkarlarla mexanizmi təqdim edəcəyik. Bu istiqamətdə işləri davam etdirəcəyik. Biz bu məsələnin müsbət həllinə kifayət qədər nikbin baxırıq".

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə