Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

21 Noyabr 2018, 23:34

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 65,78 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 2,16 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 20-də 64,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,19 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 20-də 60,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,29 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 20-də 62,27 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,2 dollar/barel azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə