Modern.az

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri birgə təlim keçirir

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri birgə təlim keçirir

22 Noyabr 2018, 17:29

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının protokoluna əsasən, 2019-cu ildə Türkiyədə baş tutacaq “Anadolu Ankası” və “Anadolu Qartalı” təlimlərinin Ankara şəhərində keçirilən planlaşdırma iclasında Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndə heyəti iştirak edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri arasında neft və qaz kəmərlərinin mühafizəsi, təcrübə mübadiləsi və qarşılıqlı uyarlığın artırılması məqsədilə Türkiyənin Pınarhisar şəhərində “Eternity-2018” çoxmillətli təlimləri keçirilir.

 

Kompüter dəstəkli komanda-qərargah təlimi ilk dəfə olaraq eyni zamanda ərazidə və hər üç dövlətin hərbi bölmələrinin cəlb olunması ilə icra edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə