Modern.az

Yaponiya Azərbaycanla turizm əlaqələrinin  inkişafında maraqlıdır

Yaponiya Azərbaycanla turizm əlaqələrinin  inkişafında maraqlıdır

22 Noyabr 2018, 20:15

“Azərbaycan və Yaponiya müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafını təmin edib. Yaponiya əlaqələrin turizm və kənd təsərrüfatı sektorunda da genişlənəcəyinə ümid edir”. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teryuki Katori Yaponiya imperatorunun doğum gününə həsr olunan tədbirdə bildirib.

 

T.Katori qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir: "Yaponiya əsasən Azərbaycandan neft və kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir. İki ölkə arasında ticarət dövriyyəsi ildə bir milyard dollar təşkil edir".

 

Diplomat deyib ki, 19 illik fasilədən sonra Yaponiya xarici işlər naziri Azərbaycana səfər edib və ölkənin yüksək vəzifəli şəxsləri ilə mühüm danışıqlar aparıb.

 

Səfir Yaponiyada yeni imperatorun hakimiyyətə gəlişindən sonra Azərbaycanla əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə