Modern.az

Gömrük Komitəsinə 3 milyard manatadək vəsait daxil oldu

Gömrük Komitəsinə 3 milyard manatadək vəsait daxil oldu

22 Noyabr 2018, 22:09

2018-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 978 milyon 496 min manat təşkil edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 754 milyon 738 min manat olub. İdxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 43 milyon 404 min manat, aksizlər üzrə 148 milyon 294 min manat, yol vergisi üzrə isə 32 milyon 59 min manat təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə